[b]“Əgər belə bir fikrimiz olsaydı...” – Mehman Rəsulov[/b]
22.05.2016 - 17:52
[b]“Əgər belə bir fikrimiz olsaydı...” – Mehman Rəsulov[/b]

“Saytınızda gedən gürcü məşqçi Şota Arveladzenin klubumuzla danışıq aparması xəbəri həqiqəti əks etdirmir. Bakıda təşkil olunana 17 yaşadək futbolçulardan ibarət komandaların Avropa çempionatı səbəbilə ölkəmizə bir çox qonaqlar, futbol adamları səfər ediblər. Gürcü mütəxəssis də sadəcə onlardan biridir”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Neftçi”nin Mətbuat və İctimaiyyətlə əlaqələr Departamentinin rəisi Mehman Rəsulov deyib.

 

Şota Arveladzenin “Neftçi” ilə danışıqlar aparması xəbərinə münasibət bildirən klub rəsmisi hələlik belə bir variantın olmadığını qeyd edib: “Əgər belə bir fikrimiz olsaydı, klub olaraq Şotanı U-17-lərin Avropa çempionatının final oyununa deyil, ölkə kubokunun finalına, “Qarabağ”la matça dəvət edərdik. Yekun olaraq qeyd edim ki, bu xəbər həqiqəti əks etdirmir, “Neftçi” indiki məqamda heç bir baş məşqçi ilə danışıq aparmır. Komanda mövsümün son oyunu olan ölkə kubokunun finalına hazırlaşır”.

0