[b]Çempion daha bir futbolçu ilə “nikah təzələdi”[/b]
26.05.2016 - 19:33
[b]Çempion daha bir futbolçu ilə “nikah təzələdi”[/b]

Azərbaycan çempionu və ölkə kubokunun qalibi “Qarabağ” mövsüm başa çatdıqdan sonra heyətini komplektləşdirməyə davam edir. Apasport.az saytının məlumatına görə, ağdamlılar daha bir futbolçu ilə müqaviləni yeniləyib.

 

Belə ki, bu gün Ansi Aqolli, İlqar Qurbanov və Muarrem Muarremdən sonra Əfran İsmayılovla da “nikah təzələnib”. Milli üzvü də komanda yoldaşları kimi yeni, bir illik anlaşmaya imza atıb.

 

(klub saytı)

0