La Liqa klubu baş məşqçisini qovdu
30.05.2016 - 17:56
La Liqa klubu baş məşqçisini qovdu

İspaniya La Liqa təmsilçisi “Deportivo” baş məşqçisi ilə yollarını ayırıb. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, La Koruniya təmsilçisi Viktor Sançes del Amo ilə vidalaşıb.

 

Buna səbəb komandanın 2015-16 mövsümünü 15-ci pillədə başa vurmasıdı. Komandanın çıxışından məmnun qalmayan rəhbərlik 40 yaşlı mütəxəssisin müqaviləsini ləğv edib.

 

Qeyd edək ki, 2015-ci ilin aprel ayında “Deportivo”nun “sükanı” arxasına keçən Viktor Sançes həmin mövsüm komandanı elitanı tərk etməkdən son anda xilas etmişdi. 

0