[b]"Rəqibin hesabı açması hər şeyi həll etdi" [/b] - FOTO
22.07.2016 - 01:38
[b]"Rəqibin hesabı açması hər şeyi həll etdi" [/b] - FOTO

"Təəssüf ki, uduzduq. İlk hissədə qol buraxana qədər yaxşı dayanmışdıq". Apasport.az saytı xəbər verir ki, bu sözləri "Neftçi"nin qapıçısı Krşevan Santini Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyununda Makedoniyanın "Şkendiya" klubuna məğlubiyyətdən (0:1) sonra deyib.

 

O bildirib ki, ikinci hissədə yaxşı oynadıqlarına rəğmən, vacib olan qolu vura bilməyiblər: "Neftçi"nin növbəti mərhələyə adlamağa layiq olmadığı fikri ilə razı deyiləm. Qırmızı vərəqə almışdıq, üstəlik, qol vurmalı idik. Ona görə də, rəqibin əks hücumları təhlükəli alınırdı. Qol vursaydıq, super olardı, ikincisini buraxmağımız heç nəyi dəyişməyəcəkdi. Səfərdə bu cür komandaya qarşı oynamaq çətindi. Rəqibin hesabı açması hər şeyi həll etdi".

0