[b]“Qəbələ” – “Lill” görüşü: ilk oyunla eyni vaxtda[/b]
23.07.2016 - 13:15
[b]“Qəbələ” – “Lill” görüşü: ilk oyunla eyni vaxtda[/b]

Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək “Qəbələ” – “Lill” matçının vaxtı açıqlanıb. Apasport.az saytının məlumatına görə, avqustun 4-də 8-ci km stadionunda baş tutacaq qarşılaşma saat 21:00-da start götürəcək.

 

Bu komandaların iyulun 28-də Fransada keçiriləcək ilk oyunu da Bakı vaxtı ilə 21:00-da başlanacaq.

 

Qeyd edək ki, “Qəbələ” Avropa Liqasının III təsnifat mərhələsinə gələnə qədər “Samtredia” (Gürcüstan) və MTK (Macarıstan) klublarını mübarizədən kənarlaşdırıb.

 

 

0