[b]“İnter” Türkiyə toplanışını məğlubiyyətlə bitirdi[/b]
26.07.2016 - 09:15
[b]“İnter” Türkiyə toplanışını məğlubiyyətlə bitirdi[/b]

Bakı “İnter”i Türkiyə toplanışını başa çatdırıb. Apasport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, “bankirlər” son yoxlama görüşündə “Kolxeti” ilə qarşılaşıblar.

 

“İnter” Gürcüstan təmsilçisi ilə oyundan məğlubiyyətlə ayrılıb – 0:1. 

 

Zaur Svanadzenin yetirmələri bu gün, səhər saatlarında Türkiyəni tərk edərək, Bakıya qayıdacaqlar.

 

Qeyd edək ki, "İnter" Türkiyədə keçirdiyi digər yoxlama görüşlərində “Kasımpaşa" (2:1), "Elazığspor" (0:0) və "Gənclərbirliyi" (4:0) klubları ilə qarşılaşmışdı.

 

 

0