[b]“Rəqib öz oyunundan əl çəkmədi” – Qurban Qurbanov[/b]
27.07.2016 - 00:30
[b]“Rəqib öz oyunundan əl çəkmədi” – Qurban Qurbanov[/b]

“Oyundan əvvəl bildirdiyim ki, “Viktoriya Plzen" özünə məxsus üslubu ilə seçilir. Matçın 75-ci dəqiqəsinə qədər rəqib pressinq tətbiq etdi”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

 

Çempionlar Liqasının III təsnifat mərhələsinin “Viktoriya” ilə Çexiyadakı ilk oyunundan sonra keçirilən mətbuat konfransında matçı dəyərləndirən mütəxəssis rəqibin azlıqda da yaxşı onlara çətinik yaratdığını qeyd edib: “Rəqib öz oyunundan əl çəkmədi. Bu gün məğlub da ola bilərdik, lakin futbolçularım sona qədər mübarizə apardı. Bakıda bizi daha çətin oyun gözləyir. Rəqib göstərdi ki, yetərincə güclü komandadır”.

 

0