[b]Rio-2016: Cüdo millimiz 12-ci oldu[/b]
13.08.2016 - 12:07
[b]Rio-2016: Cüdo millimiz 12-ci oldu[/b]

Rio-2016-da cüdo yarışlarına yekun vurulub. Apasport.az saytının məlumatına görə, idmançılar 7 gün ərzində 14 dəst medalın sahibini müəyyənləşdirib.

 

Kişilər də, qadınlar da 7 çəki dərəcəsində mübarizə aparıb. Yarışa 6 kişi cüdoçu ilə qatılan Azərbaycan millisi Olimpiadada 2 gümüş medal əldə edib. Rüstəm Orucov 73, Elmar Qasımov 100 kq çəki dərəcəsində finaladək irəliləyib və yalnız həlledici qarşılaşmada uduzublar.

 

Qazanılan bu 2 gümüş medal yığmamızı medal sıralamasında Olimpiadanın 12-cisi edib. Yarışa qatılan 136 ölkədən yalnız 26-sı medal qazana bilib. Azərbaycan postsovet məkanında yalnız Rusiyadan geri qalaraq 2-ci olub.

 

Bu nəticədə millimizin yalnız kişi cüdoçularla təmsil olunması da öz sözünü deyib. Çünki kişilərdən ibarət komandaların medal sıralamasında yığmamız daha yüksək – 6-cı yeri tutub. Ümumi sıralamada olduğu kimi kişilərin hesabında da Yaponiya 1-ci olub. Asiyalılar ümumilikdə 12 medal qazanıb ki, bunun 7-si kişi, 5-i qadınların hesabındadı.

 

yer
 

Ölkə

qızıl

gümüş

bürünc

Cəmi

1.

Yaponiya

3

1

8

12

2.

Fransa

2

2

1

5

3.

Rusiya

2

0

1

3

4-5.

İtaliya

1

1

0

2

 

ABŞ

1

1

0

2

6.

Braziliya

1

0

2

3

7.

Sloveniya

1

0

1

2

8-10.

Argentina

1

0

0

1

 

Çexiya

1

0

0

1

 

Kosovo

1

0

0

1

11.

Cənubi Koreya

0

2

1

3

12.

Azərbaycan

0

2

0

2

13-14.

Gürcüstan

0

1

1

2

 

Qazaxıstan

0

1

1

2

15-17.

Kuba

0

1

0

1

 

Monqolustan

0

1

0

1

 

Kolumbiya

0

1

0

1

18-20.

Çin

0

0

2

2

 

İsrail

0

0

2

2

 

Özbəkistan

0

0

2

2

21-26.

Almaniya

0

0

1

1

 

Hollandiya

0

0

1

1

 

Böyük Britaniya

0

0

1

1

 

Belçika

0

0

1

1

 

Portuqaliya

0

0

1

1

 

BƏƏ

0

0

1

1

 

0