[b]“Maribor” - “Qəbələ” matçından əvvəl xoşagəlməz hadisə[/b]
25.08.2016 - 14:34
[b]“Maribor” - “Qəbələ” matçından əvvəl xoşagəlməz hadisə[/b]

Bu gün Avropa Liqasının pley-off mərhələsi çərçivəsində keçiriləcək “Maribor” – “Qəbələ” matçından əvvəl xoşagəlməz hadisə baş verib. Apasport.az saytı xəbər verir ki, gecə saatlarında təmsilçimizin yerləşdiyi otelin qarşısında petardalar partladılıb. Yüksək səsə “Qəbələ”nin futbolçuları, məşqçi korpusu və rəsmi nümayəndələr oyanıblar. Otel işçiləri məsələdən xəbərsiz olduğunu bildiriblər. Hadisə ilə bağlı “Qəbələ” nümayəndələri UEFA-ya və polisə məlumat veriblər (CBC-Sport). 

0