[b]“Qarabağ”la oyunda 2 xal itirdik, bu dəfə qələbə qazanmalıyıq” – Baroş[/b]
29.09.2016 - 13:20
[b]“Qarabağ”la oyunda 2 xal itirdik, bu dəfə qələbə qazanmalıyıq” – Baroş[/b]

“Qrup oyunlarında favorit olmur. Amma meydan sahibi biziksə, bunu üstünlük saymaq olar”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Slovan”ın təcrübəli futbolçusu Milan Baroş deyib.

 

Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqiblərindən olan Liberets təmsilçisi II turda PAOK-u qəbul edəcək. Matçdan öncə keçirilən mətbuat konfransında Baroş da iştirak edib.

 

35 yaşlı forvard söhbət əsnasında “Qarabağ”la Bakıda keçirdikləri matçı (2:2) da xatırlayıb: “Bu mərhələdə hər xalın böyük rolu var. “Qarabağ”la görüşdə 2 xal itirdik. Odu ki, indi bizi qələbədən başqa nəticə qane edə bilməz. Qalib gəlməyə köklənmişik. Fikrimcə, bunun öhdəsindən gəlmək üçün yaxşı şansımız var. PAOK-un öz oyun tərzi var. Xüsusilə, hava toplarında təhlükəlidilər. Ən üstün cəhətləri isə rəqibi əsəbləşdirməyi bacarmaqlarıdı”.

 

Qeyd edək ki, bu gün keçiriləcək “Slovan” – PAOK matçı Bakı vaxtı ilə 21:00-da start götürəcək. 

0