[b]“Qarabağ”dan “yubiley”[/b]
30.09.2016 - 00:00
[b]“Qarabağ”dan “yubiley”[/b]

“Qarabağ” avrokuboklarda 10-cu dəfə böyük hesabla uduzub. Apasport.az saytının məlumatına görə, Ağdam təmsilçisi bu dəfəki darmadağına İtaliyada üzülüb.

 

Avropa Liqasının qrup mərhələsinin II turunun “Fiorentina” ilə Florensiyadakı matçında 1:5 hesabı ilə uduzan təmsilçimiz bunadək 9 dəfə belə yenilgi almışdı.

 

Yubiley – 10-cu ağır məğlubiyyətini alan “Qarabağ” sonuncu dəfə 1890 gün əvvəl böyük hesabla uduzmuşdu. Həmin vaxt ağdamlıları “Brügge” üstələmişdi – 4:1.

 

İki dəfə 6, bir dəfə 5, dörd dəfə 3 topla uduzan komanda 3-cü dəfə meydanı 4 top fərqilə uduzaraq, tərk etdi. “Qarabağ”a 4 və ya daha çox top fərqilə qalib gələn son komanda “Borussiya” olmuşdu. 2233 gün öncə dortmundlular 4:0-a sevinmişdi.

 

1999-cu ildəki “Monpelye” məğlubiyyətindən sonra ağdamlılara 4-dən çox qol vuran olmamışdı. 6290 gündən sonra komandamıza belə çox qol vuran oldu.

 

mövsüm

turnir

tarix

oyun

hesab

1997/98

UK

23.07.1997

Yablonets (Çexiya) - Qarabağ

5:0

1997/98

UK

30.07.1997

Qarabağ - Yablonets (Çexiya)

0:3

1998/99

KK

13.08.1998

Kopenhagen (Danimarka) - Qarabağ

6:0

1998/99

KK

27.08.1998

Qarabağ - Kopenhagen (Danimarka)

0:4

1999/00

İK

04.07.1999

Qarabağ - Monpelye (Fransa)

0:3

1999/00

İK

11.07.1999

Monpelye (Fransa) - Qarabağ

6:0

2004/05

UK

15.07.2004

Dukla (Banska Bıstritsa, Slovakiya) - Qarabağ

3:0

2010/11

AL

19.08.2010

Borussiya (Almaniya) - Qarabağ

4:0

2011/12

AL

28.07.2011

Brügge (Belçika) - Qarabağ

4:1

2016/17

AL

29.09.2016

Fiorentina (İtaliya) - Qarabağ

5:1

0