[b]Həmyerlimiz oynadı, komandası qələbə qazandı[/b]
20.10.2016 - 01:43
[b]Həmyerlimiz oynadı, komandası qələbə qazandı[/b]

Portuqaliya Sequndasında 11-ci turun oyunları keçirilir. Apasport.az saytının məlumatına görə, həmyerlimiz Budaq Nəsirovun şərəfini qoruduğu “Sportinq B” komandası səfərdə “Freamunde”ylə qarşılaşıb.

 

Nəsirovun 64-cü dəqiqədə meydana daxil olduğu matç 3:2 hesabıyla Lissabon təmsilçisinin qələbəsiylə nəticələnib.

 

Qeyd edək ki, hazırda hesabında 14 xal olan “Sportinq” 13-cü pillədə qərarlaşıb.

0