20 ildən sonra istefa verdi - FOTO
03.01.2017 - 17:33
20 ildən sonra istefa verdi - FOTO

Polşanın qadın voleybolçulardan ibarət “Muşina” klubunu 20 ildən sonra yeni baş məşqçi çalışdıracaq. Apasport.az saytının məlumatına görə, 1996-cı ildən komandada bu postu tutan Boqdan Servinski istefa verib.

 

Buna səbəb “Muşina”nın mövsümə uğursuz başlamasıdı. Komanda ilk dövrədən – 13 turdan sonra 15 xalla 9-cu yerdədi. Servinskini mövsümün sonunadək köməkçiləri Rişard Litvin və Martsin Voytoviç əvəzləyəcək.

 

Qeyd edək ki, Servinskinin “Muşina”sı (müəyyən müddət “Bank Fakro” adlanıb – red) Çempionlar Liqasında və CEV kubokunda dəfələrlə Azərbaycan klubuna qarşı oynayıb. O, komandası ilə CEV kubokunu, 4 dəfə Polşa çempionatının “qızıl”ını, 2 dəfə “gümüş”ünü və 3 dəfə “bürünc”ünü qazanıb. Servinskinin medal kolleksiyasında ölkəsinin kuboku və Superkubokunu da var.

0