[b]AZAL-dan ayrılan futbolçu özünə komanda tapdı - FOTO[/b]
11.01.2017 - 09:10
[b]AZAL-dan ayrılan futbolçu özünə komanda tapdı - FOTO[/b]

Qış fasiləsi yaranan kimi AZAL-la yollarını ayıran daha bir futbolçu özünə komanda tapıb. Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi Mirzağa Hüseynpur karyerasını I divizionda davam etdirəcək.

 

Belə ki, 27 yaşlı oyunçu “Səbail” klubu ilə anlaşıb. Gələn mövsüm Premyer Liqada iştirak etməyi hədəfləyən “Səbail” Hüseynpurla 1 illik müqavilə imzalayıb. "Rostov" klubunun yetirməsi olan Mirzağa AZAL-a gəlməzdən əvvəl Rusiyada "Mitos", ölkəmizdə isə "Sumqayıt", "İnter" və "Simurq" komandalarının şərəfini qoruyub. O, eyni zamanda U-21 millimizin də formasını geyinib.

 

Qeyd edək ki, “Səbail” Mirzağa Hüseynpurdan əvvəl Ruslan Tağızadə, Orxan Qurbanlı və Aslan Hüseynovu da heyətinə qatmışdı.

0