[b]Messi və Ronaldo ilə birlikdə oynamış 10 şanslı futbolçu - FOTOSESSİYA[/b]
21.01.2017 - 00:00
[b]Messi və Ronaldo ilə birlikdə oynamış 10 şanslı futbolçu - FOTOSESSİYA[/b]

Messi və Ronaldo ilə birlikdə oynamış 10 şanslı futbolçu

 

Lionel Messi və Kristiano Ronaldo karyeralarını aktiv şəkildə davam etdirənlər arasında ən yaxşı iki futbolçu olaraq qəbul edilirlər. Əlbəttə bu tip böyük oyunçularla birlikdə oynamaq hər kəs üçün böyük şansdır.

 

Apasport.az saytı iki super ulduzla eyni komanda forma geyinmiş 10 bəxtəvər futbolçunu təqdim edir.

 

10. Deko

 

Portugal players Cristiano Ronaldo (L) a

 

Deko 2003-2010-cu illərdə Ronaldo ilə birlikdə Portuqaliya millisində birlikdə oynadı.

 

Əslən braziliyalı olan keçmiş futbolçu Lionel Messi ilə isə “Barselona”da eyni vaxtda çıxış edib. 2004-2008-ci illərdə birlikdə oynayan ikili bu müddətdə 3 La Liqa və 1 Çempionlar Liqası çempionluğu qazanıb.

 

 

9. Qabriel Hayntze

 

Argentine national team forward Lionel M

 

Qabriel Hayntze “Mançester Yunayted”də oynadığı vaxtlarda Kristiano Ronaldo ilə birlikdə oynamış, bu müddətdə bir dəfə Premyer Liqa çempionluğu qazanmışdı.

 

Argentinalı müdafiəçi 2005-2010-cu illər aralığında isə milli komandada Messi ilə yoldaşlıq edib.

 

 

8. Henrik Larsson

 

Portugal's Cristiano Ronaldo (L) reacts

 

Futbol həyatının son illərində “Barselona”ya yollanan Henrik Larsson 2004-2006 illəri arasında Leo ilə  eyni komandada forma geyinib.

 

Qısa bir müddət “Mançester Yunayted”də də çıxış etmiş Larsson 2007-ci ildə Ronaldo ilə komanda yoldaşı idi.

 

 

7. Jerard Pike

 

Club Atletico de Madrid v FC Barcelona - UEFA Champions League Quarter Final: Second Leg

 

“Mançester Yunayted”də çox da “gözə girə bilməyən” Pike 2004-2008-ci illərdə Kristiano Ronaldo ilə komanda yoldaşı idi.

 

2008-ci ildə transfer olduğu “Barselona”da dünya futbolunun zirvə oyunçularından biri olan ispan müdafiəçi Lionel Messi ilə birlikdə kubok kolleksiyası yığır.

 

 

6. Karlos Tevez

 

Barcelona v Manchester United - UEFA Champions League Final

 

Dünya futbolunun ən çox qazanan oyunçularından biri olan Karlos Tevez 2005-2015-ci illər arasında Lionel Messi ilə Argentina millisində çiyin-çiyinə çıxış edib.

 

Klub karyerasında 2007-2009-cu illərdə “Mançester Yunayted” formasında çıxış edən argentinalı bombardir CR7 ilə 2 Premyer Liqa və 1 Çempionlar Liqası çempionluğu qazanıb.

 

 

5. Fernando Qaqo

 

Real Madrid's Argentinian player Fernand

 

Fernando Qaqo 2007-2016-cı illərdə Argentina milli komandasında Messi ilə, 2009-2011-ci illərdə isə “Real”da Ronaldo ilə komanda yoldaşı olub.

 

 

4. Ezegel Qaray

 

FBL-WC-2014-MATCH62-NED-ARG

 

Argentinalı müdafiəçi 2007-2016-cı illərdə Argentina millisinin formasını Messi ilə birlikdə geyindi.

 

2009-2011-ci illərdə isə Ronaldo ilə “Real”da yoldaşlıq etdi.

 

 

3. Anxel Di Mariya

 

FBL-COPAM2015-ARGENTINA-TRAINING

 

Argentinalı dünya ulduzu “Real”da 2010-2014-cü illərdə Ronaldonun əsas silahdaşlarından biri idi.

 

2008-ci ildən bu yana isə Argentina yığmasında Messi ilə eyni cəbhədə “vuruşur”.

 

 

2. Qonzalo İquayn

 

Real Madrid's Portuguese forward Cristia

 

Qonzalo İquayn 2009-cu ildən bu yana Messi ilə birlikdə Argentinanın uğurları üçün çalışır.

 

Bombardir klub karyerasında isə 2009-2013-cü illərdə “Real”da Ronaldo ilə birlikdə top qovub.

 

 

1. Andre Qomez

 

Portugal v Andorra - FIFA 2018 World Cup Qualifier

 

Portuqaliya futbolunun yüksələn ulduzu Andre Qomez 2014-cü ildən bu yana millidə Ronaldo ilə birlikdə çıxış edir.

 

Yay transfer dönəmində isə “Barselona”ya keçən Qomez hazırda Lionel Messi ilə komanda yoldaşıdır.

0