[b]“Barselona”da ilk, İnyestadan yubiley[/b]
20.02.2017 - 10:26
[b]“Barselona”da ilk, İnyestadan yubiley[/b]

“Barselona” İspaniya La Liqasının XXIII turunda “Leqanes”lə görüşə 10 əcnəbi futbolçu ilə çıxıb. Apasport.az saytının məlumatına görə, bu, Kataloniya klubunda ilk kimi yadda qalıb.

 

Dünənki matçda start heyətində yeganə yerli oyunçu Serxi Roberto olub. Bununla “Barsa” tarixində ilk dəfə meydana 10 əcnəbi ilə çıxmış olub. Roberto ilə yanaşı, braziliyalı Rafinya və argentinalı Lionel Messi klubun yetirməsidi.

 

“Leqanes”lə qarşılaşma kapitan Andres İnyesta üçün isə əlamətdar olub. Belə ki, 80-ci dəqiqədə Andre Qomeşi əvəz edən 32 yaşlı yarımmüdafiəçi La Liqada 400-cü matçına çıxıb. Hazırda bu baxımdan ikinci olan İnyesta yalnız sabiq kapitan Xavi Ernendesdən geri qalır. Xavinin aktivində daxili birincilikdə 505 oyun var.

 

Qeyd edək ki, Lionel Messinin dublu sayəsində “Leqanes” üzərində 2:1 hesablı qələbə qazanan “Barselona” ikinci pillədəki mövqeyini qoruyub.

0