[b]Odina Bayramovanın komandası 8-ci pilləyə yüksəldi[/b]
03.03.2017 - 09:26
[b]Odina Bayramovanın komandası 8-ci pilləyə yüksəldi[/b]

Qadın voleybolçular arasında İtaliya A seriyasında 1 oyun keçirilib. Apasport.az saytının məlumatına görə, VI turdan təxirə salınan qarşılaşmada Azərbaycan millisinin üzvü Odina Bayramovanın şərəfini qoruduğu “Firenze” “Kasalmaqqiore”ni qəbul edib.

 

Təmsilçimizin komandası qarşılaşmanı qələbə ilə başa vurub. “Firenze” turnir cədvəlində 2-ci olan rəqibini tay-brekdə üstələyib – 3:2 (25:18, 9:25, 25:16, 16:25, 15:13).

 

Bayramova oyunda 14 dəqiq zərbə ilə fərqlənib.

 

Bu qələbədən sonra “Firenze” turnir cədvəlində 8-ci pilləyə yüksəlib. Onlar ən azı bu yeri qoruyacaqları halda pley-offda oynamaq hüququ qazanacaqlar.

 

0