Daniel Axtyamov şansını qaçırıb
10.04.2008 - 10:41
Daniel Axtyamov şansını qaçırıb
Moskva. Mehman Süleymanov – APA-Sport. Azərbaycan yığmasının hücumçusu Daniel Axtyamovun çıxış etdiyi Rusiyanın “Torpedo” klubu öz meydanında böyük hesabla məğlub olub. “APA-Sport” agentliyinin məlumatına görə, Rusiya çempionatının birinci divizionunda çıxış edən Moskva təmsilçisi hesabat turunda “Sibir” klubuna 1:4 hesabı ilə uduzub. D.Axtyamov matçın sonuna 17 dəqiqə qalmış meydana daxil olub. 23 yaşlı futbolçunun 84-cü dəqiqədə qol vurmaq üçün real imkanı olsa da, standard vəziyyətdən sonra zərbəsi qapı dirəyinə tuş gəlib. Yeni çempionatda evdə ilk məğlubiyyətini alan, hesabında 4 xal olan “Torpedo” turnir cədvəlində 5 pillə irəliləyərək, 16-cı yerə düşüb.
0