[b]İslamiadaya gecikən komandanın oyunlarının vaxtı dəqiqləşdi[/b]
14.05.2017 - 15:53
[b]İslamiadaya gecikən komandanın oyunlarının vaxtı dəqiqləşdi[/b]

Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları çərçivəsində təşkil olunan kişi voleybolçuların turnirinin təqvimi dəyişdirilib. Apasport.az saytının məlumatına görə, buna səbəb Fələstin yığmasının ölkəmizə gecikmə ilə gəlməsidi.

 

İlk oyununa gecikən asiyalıların baş tutmayan ilk matçının yeni vaxtı təyin edilib. Türkmənistan – Fələstin qarşılaşması mayın 15-də saat 12:30-da başlayacaq.

 

Mayın 17-də keçirilməli olan Fələstin – Pakistan görüşünün isə başlama vaxtı dəyişib. Oyun saat 10:00-da deyil, 14:30-da başlayacaq.

 

Oyunlarla bağlı qərar verən təşkilatçılar bilet alan azarkeşləri də nəzərə alıb. Belə ki, Fələstin – Pakistan qarşılaşmasının saatı dəyişsə də, satılan biletlər qüvvədə qalacaq. Baş tutmayan Türkmənistan – Fələstin matçına alınan biletlər isə dəyişdirilməlidi. Tamaşaçılar ayın 13-də baş tutmalı olan matçın biletini kassalarda dəyişdirə bilər. Həmçinin biletləri geri qaytarmaq istəyində olanların arzusu da nəzərə alınacaq.

 

Qeyd edək ki,  A qrupunda mübarizə aparacaq Fələstin yığmasının Azərbaycanla mayın 16-da, Türkiyə ilə isə 19-da baş tutmalı olan qarşılaşmalarının vaxtı dəyişməz qalıb.


 

0