[b]“Qəbələ” beşinci olacaq![/b]
16.05.2017 - 13:13
[b]“Qəbələ”  beşinci olacaq![/b]

Avropa Liqasının I təsnifat mərhələsindən azad olunan “Qəbələ” belə üstünlük qazanan ilk Azərbaycan klubu deyil. Apasport.az saytının məlumatına görə, indiyədək 4 komandamız qitənin ikinci dərəcəli klub turnirinə II təsnifat mərhələsindən start verib.

 

“Qəbələ”nin ilk raunddan azad olunması rəsmiləşsə, əyalət təmsilçisi bu siyahıya 5-ci Azərbaycan təmsilçisi kimi düşəcək.

 

İlk üç belə hadisə 2009-2011-ci illərdə yaşanıb. İntertoto kubokunun ləğvindən sonra avrokubokların formatında islahatlar aparan UEFA bütün ölkələrə güzəşt tətbiq etmişdi. Həmin vaxt kubok qazanan klublarımız II təsnifat mərhələsindən mübarizəyə başlamışdı.

 

2009/10 mövsümündə “Rusenborq”la (Norveç) görüşən “Qarabağ” mərhələni keçməyi də bacarmışdı – 0:0, 1:0. Bir il sonra isə “Bakı” “Buduçnost”la (Monteneqro) dueldə texniki səhv biabırçılığı yaşadı - -:+, 2:1. 2010/11 mövsümündə isə “Makkabi” (Təl-Əviv, İsrail) ilə görüşən “Xəzər Lənkəran” uğursuzluğa düçar oldu – 0:2, 0:8.

 

2012-ci ildən kubok qaliblərinə güzəşti ləğv edən UEFA yalnız reytinqi yüksək olan ölkələrə belə yer verdi. 2014/15 mövsümündə “Neftçi” ölkəmizin mövqeyinə görə ilk raunddan azad olundu. Bakılılar “Koper”i (Sloveniya) səfər qələbəsi ilə mübarizədən kənarlaşdırdı – 1:2, 2:0.

 

Qeyd edək ki, təmsilçilərimizin Çempionlar Liqasının I təsnifat mərhələsindən azad olması adi hala çevrilib.

0