[b]İslamiada: Millimiz medal şansını qaçırdı[/b]
17.05.2017 - 19:27
[b]İslamiada: Millimiz medal şansını qaçırdı[/b]

Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarının su polosu yarışlarına yekun vurulub. Apasport.az saytının məlumatına görə, yalnız kişilərin mübarizə apardığı Vaterpol arenasında 5 komanda qüvvəsini sınayıb.

 

Bu gün sonuncu – V turun görüşləri keçirilib. Azərbaycan yığması 3-cü yer baxımından həlledici olan qarşılaşmada Səudiyyə Ərəbistanı ilə görüşüb. Lakin millimiz asiyalılarla bacarmayıb.

 

Yekunda 7:11 hesabı ilə uduzan komandamız İslamiadanı 4-cü pillədə başa vurub. Bunadək millimiz İrana 10:16, Türkiyəyə 2:18 hesabı ilə uduzub və yalnız İndoneziyanı məğlub edib – 9:7

 

Yarışın qalibi adına da son tur aydınlıq gətirib. İran və Türkiyə arasında görüşün heç-heçə başa çatması (9:9) sonuncuları top fərqində çempionluğa daşıyıb.

 

IV İslam Həmrəyliyi Oyunları

Su polosu

V tur

 

İran – Türkiyə - 9:9

 

Azərbaycan – Səudiyyə Ərəbistanı – 7:11

Azərbaycan: Polad Fətəliyev, Murat Ayhan, Aleksandar Markoviç, Ümid Məmmədov, Əli Şirinov, Kamran Kərimov, Elçin İbrahimov, Emil İbrahimov, Ayrat İsmayılov, Roman Vladıka, Mixail Kuznetsov, Məmməd Cəfərzadə (k), Ayhan Tevfik

Baş məşqçi: Ənvər Məhərrəmov

 

1

Türkiyə

4

3

1

0

64-20

10

2

İran

4

3

1

0

51-32

10

3

Səudiyyə Ərəbistanı

4

2

0

2

34-40

6

4

Azərbaycan

4

1

0

3

28-52

3

5

İndoneziya

4

0

0

4

24-57

0

 

0