[b]İdmançımızı Mehriban Əliyeva mükafatlandırdı[/b]
20.05.2017 - 20:25
[b]İdmançımızı Mehriban Əliyeva mükafatlandırdı[/b]

IV İslam Həmrəyliyi Oyunlarında sərbəst güləş yığmamıza növbəti qızıl medalı Cəmaləddin Məhəmmədov qazandırıb. Apasport.az saytının məlumatına görə, 125 kq çəkidə mübarizə aparan pəhləvanımız bütün rəqiblərini üstələyib.

 

Həlledici görüşdə qazaxıstanlı Daulet Şabanbay ilə qarşılaşan Cəmaləddin çətinliklə də olsa, qələbə qazanıb.

 

Fəxri kürsünün ən yüksək pilləsinə qalxan pəhləvanımıza qızıl medalı Azərbaycanın vitse-prezidenti, IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva təqdim edib.

 

Daha sonra dövlət himnimizin sədaları altında bayrağımız dalğalanıb.

0