[b]İslamiadada növbəti medallar: “Qızıl”, “gümüş” və “bürünc”[/b]
21.05.2017 - 14:17
[b]İslamiadada növbəti medallar: “Qızıl”, “gümüş” və “bürünc”[/b]

Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarında daha 3 medal qazanıb. Apasport.az saytının məlumatına görə, zorxana növündə 3 əyarda 3 medal millimizin aktivində yazılıb.

 

Zorxananın səngi yarışında Rüfət Gülalıyev bütün rəqiblərini qabaqlayıb. Milbazi yarışlarında isə Xəyyam Orucov ikinci olub. Yığmamız çərxi tiz yarışlarında da medal qazanıb. Orxan Xanlarov “bürünc”ü boynundan asıb.

 

Qeyd edək ki, zorxana millimiz dünən komanda yarışlarında gümüş medal qazanmışdı.

0