[b]Dmitri Nazarov klubundan ayrılır? [/b]
24.05.2017 - 11:34
[b]Dmitri Nazarov klubundan ayrılır?  [/b]

Azərbaycan millisinin yarımmüdafiəçisi Dmitri Nazarov komandasını dəyişə bilər. Apasport.az saytının Almaniya mətbuatına istinadən məlumatına görə, “Aue” klubunun formasını geyinən təcrübəli futbolçu bu ölkədən bir neçə təklif alıb.

 

Xəbərdə Nazarovla yanaşı, yarımmüdafiəçi Mario Kvesiç və hücumçu Paskal Köpkenin də “Aue”ni tərk edə biləcəyi vurğulanıb.

 

Lakin II Bundesliqa klubunun prezidenti Helqe Leonhardt millimizin üzvünü satmağı düşünmədiklərini söyləyib. O, adıçəkilən hər üç oyunçunun müqaviləsinin davam etdiyini əlavə edib: “Bu xəbəri təsdiq edə bilmərəm. Çünki hər hansı bir təklif almamışıq. Üstəlik, onların hər birinin müqaviləsi davam edir və anlaşmada yer alan transfer haqqı var. Masa üzərində isə hansısa bir klubun təklifi yoxdu”.

 

Qeyd edək ki, Dmitri Nazarov “Aue”yə ötən ilin yayında “Karlsrue”dən keçib.

0