[b]Luis Enrike ümumiyyətlə futboldan gedir?[/b]
28.05.2017 - 15:33
[b]Luis Enrike ümumiyyətlə futboldan gedir?[/b]

İspaniya kubokunun finalında “Barselona” “Alaves”i 3:1 hesabıyla məğlub edərək, mövsümə titulla yekun vurdu. Apasport.az saytının məlumatına görə, katalonların baş məşqçisi Luis Enrike bu matçda “Barsa”nın “sükanı arxasında” son oyununu keçirib.

 

İspan mütəxəssis oyundan sonra yerli mətbuata açıqlamasında gələcək karyerası barədə danışıb: “Gələcəkdə nə edəcəyimi hələ ki, bilmirəm. Təkliflərdən asılıdı. Burdan ayrılıram, ümid edirəm ki, hər şey yaxşı olar. Getməyə məcburam. Fikrimcə, oyunçuların buna ehtiyacı var idi. Bəlkə də, fərqli bir idman növündə çalışaram”.

 

Luis Enrike 2014-cü ildən “Barselona”nı çalışır. O, Kataloniya klubunun “sükanı arxasında” mümkün 13 tituldan 9-nu qazanmağı bacarıb.

0