[b]“İnter” son sınağında qalib gəldi - YENİLƏNİB[/b]
17.06.2017 - 20:38
[b]“İnter” son sınağında qalib gəldi - YENİLƏNİB[/b]

Türkiyədə təlim-məşq toplanışında olan Bakının “İnter” klubu bu gün son yoxlama matçına çıxıb. Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisi "Vitorul Konstanța" ilə üz-üzə gəlib.

 

Georgi Hacinin çalışdırdığı Rumıniya klubu ilə keçirilən hazırlıq matçı Bakı klubunun qələbəsi ilə başa çatıb. Paytaxt klubu 2:1 hesablı qalibiyyətə sevinib.

 

Təmsilçimizin heyətində Rauf Əliyev və Samir Zərgərov fərqlənib. 

 

Qeyd edək ki, toplanış çərçivəsində artıq iki yoxlama oyunu keçirmiş “İnter” Kamerun klubu “Columbe Sportive”yə 1:0 hesabı ilə qalib gəldiyi halda, digər təmsilçimiz “Zirə”yə 0:2 hesabı ilə uduzub.

 

 

Yoxlama oyunu

17 iyun

 

“İnter” – “Vitorul Konstanta” - 2:1

Qollar: Rauf Əliyev (pen.), Samir Zərgərov

Bolu, Düzce stadionu

0