[b]“Rəqibimiz güclüdür, qarşımızda böyük problem var” – “Yagelloniya”nın kapitanı[/b]
20.07.2017 - 01:23
[b]“Rəqibimiz güclüdür, qarşımızda böyük problem var” – “Yagelloniya”nın kapitanı[/b]

“Bizi Bakıdakından daha çətin oyun gözlədiyini bilirik”. Apasport.az-ın məlumatına görə, bu sözləri “Yagelloniya”nın futbolçusu Rafal Qrzib deyib.

 

Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyununda “Qəbələ” ilə qarşılaşacaq Polşa təmsilçisinin kapitanı matç haqqında fikirlərini bölüşüb.

 

O, qarşılarında tarixi şans olduğunu deyib: “Qəbələ” Avropa Liqasında çıxış etmiş, təcrübəli komandadır. Növbəti mərhələyə çıxmaq üçün necə oynamaq lazım olduğunu yaxşı bilirlər. Ancaq bizim əlimizə yaxşı imkan düşüb və bundan istifadə etməyə çalışacağıq. Bilirik ki, “Yagelloniya” heç vaxt Avroliqada III mərhələdə oynamayıb. Rəqibimiz güclüdür, qarşımızda böyük problem var, ancaq hədəfə çatmaq üçün bütün gücümüzlə mübarizə aparacağıq. Növbəti oyunlar haqqında düşünmək hələ çox tezdi, əsas diqqətimizi bu oyuna yönəltmişik. Əgər növbəti mərhələyə keçsək, bu, bizə yalnız reytinq xalı qazandırmayacaq. Həm Polşada hörmətimiz artacaq”.

0