[b]6 ölkədən biri – Azərbaycan![/b]
21.07.2017 - 14:46
[b]6 ölkədən biri – Azərbaycan![/b]

Azərbaycan cari mövsüm UEFA reytinqində ən çox xal qazanan 6 ölkədən biridi. Apasport.az saytının məlumatına görə, Avropanın yalnız 6 ölkəsi ilk iki təsnifat mərhələsində 2-dən artıq xal yığa bilib.

 

Qitə miqyaslı turnirlərə 4 komanda çıxaran ölkəmiz bu müddətdə 2,250 xal toplayıb. Çempionlar Liqasındakı təmsilçimiz “Qarabağ” 0,500, Avropa Liqasındakı komandamız “Qəbələ” 0,375 xal əldə edib. Bu iki komanda mübarizəni davam etdirir.

 

Avropa Liqasında çıxışını başa vuran “İnter”lə “Zirə” yarışa I təsnifat mərhələsindən başladığı üçün daha çox qazanc əldə edib. “İnter” 0,750, zirəlilər 0,625 xala sevinib. Ümumilikdə isə komandalarımız 8 qələbə qazanıb, 2 heç-heçə edib və eyni sayda məğlubiyyət alıb.

 

Bu nəticə ilə Azərbaycan Norveçlə birlikdə 5-ci yerə şərikdi. Çünki Skandinaviya təmsilçisinin də bütün göstəriciləri eynidi. 2 komandası qalan Norveçin 2 klubu yarışdan kənar qalıb. Amma əlavə göstəricilərdə ölkəmiz 5-cidi.

 

Yalnız 4 ölkə daha çox xal qazanıb. Mövsümün lideri Kiprdi – 2,875. Danimarka 2-ci, İsrail 3-cücüdü. Hər ikisinin xalı 2,500-dü. Yalnız bonus xallar toplayan İngiltərə 2,285 xalla 4-cüdü.

 

Qeyd edək ki, cari mövsümdə 55 ölkədən yalnız Kosovo xal qazana bilməyib.

 

0