[b]Maksim Medvedev “rekord” vurdu[/b]
26.07.2017 - 12:07
[b]Maksim Medvedev “rekord” vurdu[/b]

Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunlarından sonra futbolçuların fərdi göstəriciləri açıqlanıb. Apasport.az saytının məlumatına görə, müxtəlif göstəricilər üzrə liderlər qrupunda Azərbaycan çempionu “Qarabağ” da təmsil olunub.

 

Lakin Ağdam təmsilçisinin vitse-kapitanı yaxşı mənada fərqlənməyib. Belə ki, müdafiəçi Çempionlar Liqasının cari mövsümünün ən intizamsızları siyahısına başçılıq edir. Maksim hamıdan çox qayda pozuntusuna yol verənlərdən biridi.

 

O, keçirdiyi 3 görüşdə 10 dəfə fol edib. “Şerif”lə dünənki matçda bu rəqəmə çatan Medvedev rekordçulardan ibarət “üçlük”də yer alıb. Onun kimi Nikolay Siqneviç (BATE) və Vasile Angel (“Vikinqur”) da eyni sayda qayda pozuntusu ilə diqqət çəkib.

0