[b]Panatinaikos” – “Qəbələ” matçında anşlaq olacaq[/b]
27.07.2017 - 12:06
[b]Panatinaikos” – “Qəbələ” matçında anşlaq olacaq[/b]

Avropa Liqasının III təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Panatinaikos” – “Qəbələ” matçında anşlaq olacaq. Apasport.az saytı Yunanıstan mətbuatına istinadən xəbər verir ki, oyunun biletlərinin böyük qismi artıq satılıb.

 

Qarşılaşma 16 min azarkeş tutumu olan “Apostolos Nikolaidis” stadionunda keçiriləcək. Bu gün səhər saatlarına kimi 10 mindən artıq bilet öz sahibini tapıb. Matç saatına qədər bütün biletlərin satılacağı gözlənilir.

 

Klub rəsmiləri yerli televiziya kanallarında və mətbuatdakı çıxışları ilə azarkeşləri stadiona səsləyiblər. Onlar “Qəbələ” ilə matçda bu məqamın böyük rol oynayacağını bildiriblər.

 

Qeyd edək ki, bu gün keçiriləcək “Panatinaikos” – “Qəbələ” matçı Bakı vaxtı ilə saat 22:30-da start götürəcək. Bu komandaların cavab görüşü isə gələn həftə Azərbaycanda keçiriləcək.

 

 

0