[b]Eddi İsrafilov 6 qolluq matçda 90 dəqiqə oynadı[/b]
27.07.2017 - 13:01
[b]Eddi İsrafilov 6 qolluq matçda 90 dəqiqə oynadı[/b]

Azərbaycan millisinin üzvü Eddi İsrafilov klubu “Kadiz”in heyətində növbəti oyuna çıxıb. Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçinin komandası təlim-məşq toplanışı çərçivəsində “Mar Menor”la yoxlama görüşündə üz-üzə gəlib.

 

Aşağı liqa təmsilçisi ilə görüşə uğursuz start götürən Sequnda klubu fasilədən sonra toparlanıb və matç bol qollu bərabərliklə (3:3) başa çatıb.

 

Heyətdə 4 əvəzləməyə əl atan “Kadiz”in baş məşqçisinin 90 dəqiqə meydanda saxladığı oyunçulardan biri də Eddi olub.

0