[b]Çempion uduzdu, “Mançester Yunayted” darmadağınla başladı[/b]
14.08.2017 - 09:34
[b]Çempion uduzdu, “Mançester Yunayted” darmadağınla başladı[/b]

İngiltərə Premyer Liqasında I tura yekun vurulub. Apasport.az saytının məlumatına görə, turun son oyun günündə iki qarşılaşma baş tutub.

 

Hər iki qarşılaşmada favorit quru hesablı qələbə qazanıb. “Tottenhem” səfərdə “Nyukasl”ı, “Mançester Yunayted” isə “Vest Hem”i üstələyib. Mançesterlilər 4 cavabsız qolla darmadağına sevinib.

 

Qeyd edək ki, ilk tur son çempionu “Çelsi”nin öz meydanında “Bernli”yə uduzması ilə əlamətdar olub.

 

İngiltərə Premyer Liqası

I tur

11 avqust

 

"Arsenal" - "Lester" - 4:3

Qollar: Lakazett, 2, Uelbek, 45. Remsi, 83, Jiru, 85 - Okazaki, 5. Vardi, 29; 56.

 

12 avqust

 

“Liverpul” – “Uotford” – 3:3

Qollar: Mane, 29, Firmino, 55, Salah, 58 - Okaka, 9, Cure, 32, Britos, 90+4

“Çelsi” – “Bernli” – 2:3

Qollar: Morata, 69, Luis, 88 – Vouks, 24, 43, Uord, 39

“Brayton” – “Mançester Siti” – 0:2

Qollar: Aquero, 70, Dank, 75-öz qapısına

“Kristal Pelas” – “Haddersfild” – 0:3

Qollar: Uord, 23-öz qapısına, Munye, 26,78

“Sauthempton” – “Suonsi” - “0:0

“Vest Bromviç” – “Bornmut” – 1:0

Qollar: Heqazi, 31

Everton” – “Stok Siti” – 1:0

Qol: Runi, 45+1

 

13 avqust

 

“Nyukasl” – “Tottenhem” – 0:2

Qollar: Alli, 61, Devis, 70

“Mançester Yunayted” – “Vest Hem” – 4:0

Qollar: Lukaku, 33, 52, Marsial, 87, Poqba, 90

 

0