[b]Mövsümün yubiley qələbəsi[/b]
16.08.2017 - 14:05
[b]Mövsümün yubiley qələbəsi[/b]

Azərbaycan çempionu “Qarabağ”ın “Kopenhagen” üzərində 1:0 hesablı qələbəsi yubiley xarakterli olub. Apasport.az saytının məlumatına görə, Çempionlar Liqasının pley-off mərhələsindəki qarşılaşma Azərbaycan klublarının cari mövsümdə əldə etdiyi 10-cu qalibiyyətdi.

 

Bu matçadək 16 oyun keçirən komandalarımız 9 dəfə sevinmişdi. 17-ci matçda 10-a çatan təmsilçilərimiz keçirdikləri qarşılaşmaların 58,8 faizində qalib olub.

 

Bu qələbələrdə ən çox payı olan “Qarabağ”dı. Ağdamlılar 4 dəfə qələbə əldə edib. “İnter”in 3, “Zirə”nin 2, “Qəbələ”nin 1 qələbəsi var.

0