[b]“Çox ağır oyun olacaq” - Juan Jesus[/b]
26.09.2017 - 19:26
[b]“Çox ağır oyun olacaq” - Juan Jesus[/b]

“Bizim məqsədimiz top olan yerdə oynamaqdı”. Apasport.az saytının məlumatına görə, bu sözlər “Roma”nın müdafiəçisi Juan Jesusa məxsusdu.

 

Braziliyalı futbolçu Çempionlar Liqasının qrup mərhələsində sabah “Qarabağ”la Bakıda keçiriləcək oyunu dəyərləndirib.

 

26 yaşlı müdafiəçi bu gün təşkil edilən mətbuat konfransında müdafiə futbolu sərgiləmələri ilə bağlı səsləndirilən fikirlərlə razılaşmadığını söyləyib: “Düşünmürəm ki, müdafiəyəmeyilli çıxış edirik. Top harda olursa, komanda o zonada döyüşür”.

 

- 60 mindən çox azarkeş olacaq və Azərbaycan prezidenti stadionda olacaq. Sizin üçün çətin olmayacaq?

- Əlbəttə ki, çətin olacaq. “Qarabağ” Londondakı böyükhesablı məğlubiyyətin təsadüf olduğunu sübut etməyə çalışacaq. Bilirik ki, qələbə qazanmaq istəyəcəklər. Amma biz də bura qalibiyyət üçün gəlmişik.

 

- “İnter”də olarkən “Neftçi” və “Qarabağ”a qarşı oynamısınız.  Həmin görüşləri necə xatırlayırsız?

- “San Siro”dakı oyun çox yaxşı yadımdadı. Erkən qol vurmuşduq və ikinci hissədə matçın taleyi həll olundu. Amma “Qarabağ” indi fərqli komandadı. Bugünkü “Qarabağ” həmin vaxtdakından qat-qat güclüdü. Bu da onu göstərir ki, bizim üçün çox ağır oyun olacaq.

 

- Mövsüm sizin üçün uğurlu start götürdü. Bunun səbəbini nədə görürsünüz?

- Yeni yerə gedəndə ora öyrəşmək üçün vaxt lazım olur. Harda olduğunu, necə olduğunu anlamırsan. Baş məşqçidən çox şey asılı olur. Amma mən də öz üzərimdə çox çalışıram ki, bu nəticəni əldə edirəm.

 

- Roma mühitində oynamaq çətindi. Çünki orda insanların təzyiqi çox olur. Bu, çətin olmayacaq?

- 6 ilə yaxın Milan mühitində oynamışam. “Roma”da  fərqlidi. Daim özümüzə nəzarət etməliyik. İnsanların fit çalmalarının bir önəmi yoxdu. Mən öz oyunuma baxıram.

0