[b]Avro-2017: Türkiyə 1/4 finalda, Almaniya yenə millimizlə rəqib oldu - YENİLƏNİB[/b]
27.09.2017 - 22:47
[b]Avro-2017: Türkiyə 1/4 finalda, Almaniya yenə millimizlə rəqib oldu - YENİLƏNİB[/b]

Bakıda qadın voleybolçular arasında keçirilən Avropa çempionatında bu gün pley-off mərhələsinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, Milli Gimnastika Arenasında baş tutan 2 qarşılaşmadan sonra 1/4 final cütlərinin hamısı bəlli olub.

 

Günün ilk qarşılaşmasında Polşa Türkiyə ilə qarşılaşıb. Qrup mərhələsində gözlənilən oyunu nümayiş etdirə bilməyən komandaların duelinin gərgin alınacağı proqnozlaşdırılsa da, “ay-ulduzlular” qələbə üçün çox da çətinlik çəkməyib. Cütün qalibi olan Türkiyə Rusiya ilə oynayacaq.

 

Digər pley-off matçında Bolqarıstan Almaniya ilə üz-üzə gəlib. Gərgin keçən oyunda Almaniya qalib gəlib - 3:2. Bundestim qrup mərhələsindən sonra 1/4 finalda yenidən Azərbaycan yığmasına rəqib olacaq.

 

Avro-2017

Pley-off mərhələsi

27 sentyabr

Polşa – Türkiyə - 1:3 (22:25, 25:27, 25:18, 23:25)

 

Bolqarıstan - Almaniya - 2:3 (25:14, 20:25, 25:16, 19:25, 11:15)

 

Qeyd edək ki, 1/4 final mərhələsində İtaliyanın Hollandiya, Serbiyanın Belarusla oynayacağı dəqiqləşib. 

0