[b]Totti ilin ən yaxşılarını "seçdi"[/b]
20.10.2017 - 11:06
[b]Totti ilin ən yaxşılarını "seçdi"[/b]

“Roma”nın sabiq kapitanı Françesko Totti maraqlı açıqlaması ilə diqqət çəkib. Apasport.az saytı xəbər verir ki, ölkəsinin mətbuatına danışan sabiq italiyalı hücumçu 2017-ci ilin ən yaxşı oyunçusu hesab etdiyi futbolçunun adını açıqlayıb.

 

Tottinin fikrincə, “Real”ın üzvü Kriştianu Ronaldo rəqiblərini qabaqlayacaq: “Ronaldo, Messi və Neymar. Üçü də yadplanetlidi. Hər biri ilə həm meydanda, həm də ondan kənarda yaxşı münasibətim olub, həmişə bir-birimizə hörmət etmişik. Amma Ronaldo digərlərindən öndədi və 2017-ci ilin ən yaxşı futbolçusu seçilməlidi. Çünki əla il keçirdi və aparıcı komandalara qol vurub”.

 

Totti məşqçilərin mübarizəsində də “Real”ın üzvünü fərqləndirib: “Mən Zinəddin Zidanı seçərdim. Bunun sadə səbəbi var: Zidan bütün mükafatları qazandı”.

 

 

 

 

0