[b]Millimizin oyunçusundan Rusiya çempionatında növbəti qələbə[/b]
27.10.2017 - 10:02
[b]Millimizin oyunçusundan Rusiya çempionatında növbəti qələbə[/b]

Qadın voleybolçular arasında Rusiya çempionatında IV tura yekun vurulub. Apasport.az saytının məlumatına görə, turun son günündə Azərbaycan millisinin blokçusu Kseniya Poznyakın şərəfini qoruduğu “Leninqradka” Krasnodar “Dinamo”sunu qəbul edib.

 

Görüş təmsilçimizin komandası üçün uğurlu alınıb. Onlar 3 xalı 3 setlə qazanıblar - 3:0 (25:23, 25:20, 26:24).

 

Bu qələbədən sonra xalını 6-ya çatdıran “Leninqradka” 5-ci pilləyə yüksəlib. 

0