[b]Çempionlar Liqasında yeni komanda[/b]
20.11.2017 - 09:39
[b]Çempionlar Liqasında yeni komanda[/b]

Çempionlar Liqasının yeni mövsümündə çıxış edəcək daha bir komanda müəyyənləşib. Apasport.az saytının məlumatına görə, qitənin ən nüfuzlu klub turnirində Litvanı “Suduva” təmsil edəcək.

 

Mariyampol təmsilçisi buna ölkə çempionu adını qazanmaqla nail olub. “Suduva” Litva çempionatının son turunda qızıl medala yiyələnib.

 

“Jalgiris”i 3:0 hesabı ilə yenən komanda tarixində ilk dəfə çempion tituluna yiyələnib. 28 matçda 59 xal toplayan “Suduva” ilk zəfəri ilə Çempionlar Liqasında debüt imkanı qazanıb.

 

İki dəfə ölkə kubokunu qazanmış “Suduva” “Jalgiris”i 1 xal qabaqlayıb. Hesabında 2 gümüş olan komanda bu dəfə qızıla sahib çıxıb.

 

0