[b]“Qarabağ”a qol vurdu, yeni müqavilə imzaladı[/b]
07.12.2017 - 15:32
[b]“Qarabağ”a qol vurdu, yeni müqavilə imzaladı[/b]

Çempionlar Liqasının qrup mərhələsinin son turunda “Qarabağ”la matçda qol vuraraq, “Roma”ya qələbə qazandıran (1:0) Dieqo Perotti yeni müqaviləyə qol çəkib. Apasport.az saytı xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi “canavarlar”la sözləşməsinin müddətini uzadıb.

 

Rəhbərliyin bir müddətdi danışıq apardığı xavbek paytaxt klubundakı karyerasını davam etdirməyi üstün tutub. Razılaşmaya əsasən, argentinalı futbolçu 2021-ci ilə qədər “Roma”da çıxış edəcək.

 

Əvvəllər “Sevilya” və “Cenoa” klublarında da oynamış Perotti ötən ildən “Roma”nın formasını geyinir. O, cari mövsümdə keçirdiyi 16 matçda aktivinə 5 qol və 2 assist yazdırıb.

0