[b]Rəqibin baş məşqçisindən qələbə şərhi[/b]
13.12.2017 - 10:37
[b]Rəqibin baş məşqçisindən qələbə şərhi[/b]

“Bu vacib qələbədi. Əgər mərhələ keçə bilsək, bizim üçün daha böyük qalibiyyət olacaq”. Apasport.az saytının məlumatına görə, bunu Rumıniyanın “Ştiinta” voleybol klubunun baş məşqçisi Florin Qrapa deyib.

 

Təcrübəli mütəxəssis “Çelenc Cup”ın 1/16 final mərhələsinin ilk görüşündə Bakının “Azərreyl” klubuna 3:1 hesablı qələbələrini şərh edib. Onun sözlərinə görə, “dəmiryolçular” cütün favoriti hesab olunsalar da, artıq ilk matçda təmsilçimizə çətin anlar yaşada biliblər: “Cari mövsümdə ən yaxşı oyunlarımızdan birini keçirdik. Amma ən yaxşı olduğunu deyə bilmərəm. Çünki daha böyük potensialımız var. Qızlarımızdan “Azərreyl”ə qarşı çox diqqətli olmalarını xahiş etmişdim. Onlar da tapşırıqları yerinə yetirdilər. Düşünürəm ki, indiki məqamda 1/8 finala yüksəlmək şanslarımız hələ də bərabərdi”.

 

Qeyd edək ki, komandalar arasında cavab qarşılaşması yanvarın 9-da olacaq. 

0