[b]“Qəbələ”nin müdafiəçisi komandadan ayrı düşüb - FOTOSESSİYA[/b]
07.01.2018 - 00:04
[b]“Qəbələ”nin müdafiəçisi komandadan ayrı düşüb - FOTOSESSİYA[/b]

“Qəbələ” 2017-2018-ci illər mövsümünün ikinci yarısının hazırlıqlarını davam etdirir. Apasport.az saytının məlumatına görə, “qırmızı-qaralar” Türkiyənin Antalya şəhərində keçirilən təlim-məşq toplanışının ikinci gününü iki hazırlıqla tamamlayıb.

 

Komanda günün ilk yarısında fitnes zalında fiziki hazırlıq keçib.

 

Meydanda baş tutan ikinci məşq toplu çalışmalardan ibarət olub.

 

Zədədən sonra komandaya qoşulan Dion Malone fərdi məşqlə kifayətlənib. 

0