[b]Messidən yeni rekord[/b]
15.01.2018 - 11:33
[b]Messidən yeni rekord[/b]

“Barselona”nın hücumçusu Lionel Messi daha bir rekorda imza atıb. Apasport.az saytının məlumatına görə, o, buna İspaniya La Liqasının XIX turunda “Real Sosyedad”la səfər qarşılaşmasında nail olub.

 

Belə ki, kataloniyalıların 4:2 hesabı ilə qalib gəldikləri görüşdə son nöqtəni qoyan argentinalı “Barsa”nın heyətində ölkə çempionatındakı qollarının sayını 366-ya çatdırıb. Bununla Leo “böyük beşlik” ölkələrində eyni klubun heyətində ən çox fərqlənən futbolçu ünvanına yiyələnib. O, əfsanəvi almaniyalı hücumçu Herd Müllerə məxsus 365 qolluq rekordu yeniləyib.

 

Messi hazırda top-10 liqalarda bu baxımdan yalnız bir futbolçudan geri qalır. Belə ki, Albert De Kleyn 1932-1955-ci illərdə Belçika çempionatında 377 qola imza atıb.

0