[b]“Kəpəz”dən 10-cu transfer[/b]
17.01.2018 - 17:00
[b]“Kəpəz”dən 10-cu transfer[/b]

“Kəpəz” qış fasiləsində heyətinə daha bir futbolçu qatıb. Apasport.az saytı xəbər verir ki, Gəncə təmsilçisi sabiq futbolçusu Tural Nərimanovu geri qaytarıb.

 

Mövsümün ilk yarısını “Şüvəlan”da keçirən mərkəz müdafiəçisi bir neçə gün öncə “Kəpəz”ə baxışa cəlb olunmuşdu. Baş məşqçi Yunis Hüseynov onun çıxışından razı qalıb. Nəticədə Nərimanovun keçmiş komandasına qayıdışı baş tutub.

 

Artıq tərəflər arasında rəsmi müqavilə imzalanıb. Razılaşmaya əsasən, Tural cari mövsümün sonuna qədər “Kəpəz”in formasını geyinəcək.

 

Qeyd edək ki, bu, gəncəlilərin qış fasiləsində 10-cu transferi olub. “Kəpəz” Nərimanovdan öncə Murad Səttarlı, Roman Hüseynov, Samir Zərgərov, Tərzin Cahangirov, Sergey Litovçenko, Giuli Manjqaladze, Tərlan Qasımzadə, Dario Federiko və Dieqo Souza ilə anlaşıb. 

0