[b]Azərbaycan yığması “Krasnodar”la görüşəcək[/b]
19.01.2018 - 15:51
[b]Azərbaycan yığması “Krasnodar”la görüşəcək[/b]

19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin hazırlıq planı və heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, Vüqar Məmmədin baş məşqçisi olduğu yığmamız yanvarın 21-dən 31-dək Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı keçirəcək.

 

Millimiz hazırlıq dövründə millimiz yanvarın 24-də və 28-də Kosovonun müvafiq yaş qrupundan ibarət yığması, 30-da isə Rusiyanın “Krasnodar” klubunun əvəzedici komandası ilə yoldaşlıq oyununda qüvvəsini sınayacaq.

 

Kosovo millisi ilə oyunlar Bakı vaxtı ilə saat 19:00-da, sonuncu qarşılaşma isə saat 16:00-da başlayacaq.

 

Toplanışda 24 futbolçu iştirak edəcək: Zahid Mərdanov, Elçin Mustafayev, Kamran Məmmədov, Tolqar Yaqubov, Tahir Zeynalov, Şakir Seyidov, Emil Qasımov (hamısı “Səbail”), Səbuhi Abdullazadə (“Sumqayıt”), Sərcan Ömərov, Elvin Cəfərquliyev (hər ikisi “Keşlə”), Nicat Mehbəliyev, İbrahim Hüseynov, Rauf Hüseynli, Turan Vəlizadə, Tural Bayramov, Xəqani Sadıqov (hamısı “Qarabağ”), Ayxan Arazlı, Fərid Nadirov, Rüstəm Nuriyev, Kamran Quliyev, Samir Qurbanov, Məhəmməd Məhərrəmov (hamısı “Qəbələ”), Nail Alışov (“Neftçi”), Elnur Ibrahimov (“Spartak-2”, Moskva, Rusiya).

 

0