[b]Ufuk Budak 90 dəqiqə oynadı, komandası 1 xalla qayıtdı[/b]
17.02.2018 - 10:20
[b]Ufuk Budak 90 dəqiqə oynadı, komandası 1 xalla qayıtdı[/b]

Türkiyə TFF I liqasında XXII turun oyunları keçirilir. Apasport.az saytı xəbər verir ki, millimizin sabiq üzvü Ufuk Budakın komandası “Samsunspor” da meydana çıxıb.

 

“Altınordu”nun qonağı olan Samsun təmsilçisi oyundan 1 xalla ayrılıb. Belə ki, görüş 1:1 hesabı ilə nəticələnib.

 

Ufuk da oyunun iştirakçısı olub. Start heyətində meydana çıxan 28 yaşlı müdafiəçi matçı əvəzlənmədən keçirib.

 

Qeyd edək ki, 22 oyuna 27 xal toplayan “Samsunspor” hazırda turnir cədvəlində 11-ci yerdədi.

0