[b]Dünya Kubokunda 26-cı yer[/b]
12.03.2018 - 18:53
[b]Dünya Kubokunda 26-cı yer[/b]

Meksikanın Qvadalaxara şəhərində atıcılıq üzrə Dünya Kuboku başa çatıb. Apasport.az saytının məlumatına görə, yarışda ölkəmizin idman şərəfini Nurlana Cəfərova qoruyub.

 

Stend atıcılığının skit növündə hədəf önünə keçən snayperimiz mübarizəni təsnifat mərhələsində dayandırıb. O, 31 idmançı arasında 26-cı yeri tutub.

 

Qeyd edək ki, yarışdan öncə Dünya Kubokuna Ruslan Lunyovun gedəcəyi açıqlansa da, sonradan onu Cəfərova əvəzləyib.

0