[b]FİFA təşvişdə, mundial təhlükədə[/b]
15.03.2018 - 09:47
[b]FİFA təşvişdə, mundial təhlükədə[/b]

FİFA yayda Rusiyada keçiriləcək dünya çempionatının boykot edilməsindən narahatdı. Apasport.az saytı AS nəşrinə istinadən xəbər verir ki, ali futbol qurumu boykot çağırışlarından təşvişə düşüb.

 

FİFA bununla bağlı sükutu qorusa da, qurumun yüksək vəzifədə yer alan məmurları Sergey Skripalın zəhərlənməsindən sonra gərginliyin kritik həddə çatdığını bildiriblər.

 

Qurumun prezidenti Canni İnfantino da baş verənlərə biganə deyil. Bununla belə, o hələ ki, təhlükəni gizlədir. Gərginliyin azalmasının heç bir əlaməti yoxdu. Bununla belə, son hadisələr DÇ-2018-i təhlükə altına atır.

 

Qeyd edək ki, mundial iyunun 15-də start götürməlidi. 

0