[b]Kyellini “Yuventus”a kömək edə bilməyəcək[/b]
23.04.2018 - 16:23
[b]Kyellini “Yuventus”a kömək edə bilməyəcək[/b]

“Yuventus”un müdafiəçisi Corco Kyellini həftəsonu İtaliya A Seriyasının XXXV turu çərçivəsində “İnter”lə matçda komandasına kömək etməyə bilər. Apasport.az saytının “Football Italia”ya istinadən məlumatına görə, baş məşqçi Massimiliano Alleqri məlumatı təsdiqləyib.

 

“Böyük ehtimalla, Kyellini növbəti şənbə “İnter”lə görüşə qədər hazır olmayacaq” – deyə, o bildirib.

 

Qeyd edək ki, Corco Kyellini “Napoli” ilə görüşdə sıradan çıxmışdı.

0