[b]“Uşaqların qorxmaması məni sevindirdi” – millimizin baş məşqçisi[/b]
23.04.2018 - 23:42
[b]“Uşaqların qorxmaması məni sevindirdi” – millimizin baş məşqçisi[/b]

“Oyun qarşılıqlı hücumlar şəraitində keçdi. Rəqib bir yaş kiçik futbolçulardan qurulsa da, fiziki göstəricilərinə görə geri qalmırdılar”. Apasport.az saytının məlumatına görə, bu sözləri 16 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Azər Məmmədov deyib.

 

AFFA-nın saytına danışan Məmmədov Türkiyənin Antalya şəhərində keçirilən beynəlxalq turnirdə yerli komanda ilə matçı dəyərləndirib.

 

O, yetirmələrindən razı qaldığını söyləyib: “Beynəlxalq oyun təcrübəsi və birgə oyun vərdişi baxımından rəqib, demək olar ki, uzun müddətdi yığılıb. Bizdə isə bildiyiniz kimi, komanda yeni qurulub, beynəlxalq oyun təcrübəsi yoxdu. Buna baxmayaraq, uşaqlar yaxşı oynadılar. Gələcəkdə yaxşı milli komanda formalaşdırmaq üçün ümid verdilər. Təbii ki, çatışmazlıqlar var və onların üzərində işləmək üçün vaxtımız olacaq. Əsasən futbolçuların bir-birlərinə uyğunlaşmasında, xətlərarası əlaqədə problemlərin olduğu görünürdü. Bunun fonunda uşaqların ilk beynəlxalq oyunda qorxmaması, cəsarətli oynaması məni sevindirdi. Komanda ürəklə hücuma çıxırdı. Qol imkanlarımız oldu, qələbə qazana da bilərdik”.

 

Qeyd edək ki, Türkiyə - Azərbaycan görüşü 1:1 hesabı ilə başa çatıb.

0