[b]“Qarabağ”a potensial rəqib[/b]
14.05.2018 - 00:22
[b]“Qarabağ”a potensial rəqib[/b]

UEFA-ya üzv olan daha bir ölkənin çempionu müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Lüksemburq çempionun adına XXV tur aydınlıq gətirib.

 

“Differdanj”ı 6:0 hesabı ilə məğlub edən “Düdelanj” xal hesabını 65-ə çatdırıb və qızıl medallara sahib olub. Finişə 1 tur qalmış liderdən 5 xal geri qalan “Proqres” isə çempionluq şansını rəsmən itirib.

 

Qeyd edək ki, “Düdelanj” ardıcıl 3-cü, ümumilikdə 14-cü dəfə çempion adına yiyələnib. Bununla da Lüksemburq təmsilçisi Çempionlar Liqasının I təsnifat mərhələsinə vəsiqə qazanıb. Burada səpələnməmişlərdən olacaq cırtdan ölkə klubu Azərbaycan çempionu “Qarabağ”ın potensial rəqiblərindən biridi.

0